Azərbaycan yay vaxtına keçir, saatlar irəli çəkiləcək

Martın 29-dan 30-na keçən gecə Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək. Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblər bir saat irəli çəkilir. Qeyd edək ki, hər il oktyabrın ayının son bazar günü saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

APA TV-nin xəbərinə görə, qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

 

Müəllif | Apa.Tv