Krım müstəqilliyini bəyan etdi və Rusiyaya birləşmək qərarı aldı

Ukrayna Ali Radası tərəfindən martın 15-də buraxılmış Krım parlamenti “Krımın müstəqilliyi haqqında” bəyannamə qəbul edib. Bəyannamədə bildirilir ki, Krım Respublikası müstəqil suveren dövlətdir və tanınmaq üçün dünya dövlətlərinə və BMT-yə müraciət edəcək. Bundan başqa Krım parlamenti artıq Ukrayna qanunvericiliyinin yarımada ərazisində hüquqi qüvvəyə malik olmadığını bildirib. Bəyannamədə yarımada ərazisindəki Ukrayna mülkiyyətinin tam şəkildə “Krım Respublikası”nın mülkiyyətinə keçdiyi barədə maddə də yer alıb. Sənədin son maddəsində Rusiyaya müraciət edən “Krım Ali Radası” bu ölkədən Krımı Rusiyanın yeni subyekti kimi öz tərkibinə qəbul etməsini xahiş edib.

Ukrayna Ali Radasının isə fövqəladə toplantısı keçirilir. Toplantıda Krımda gedən proseslərə və Rusiyanın hərbi müdaxiləsinə layiqincə cavab vermək yolları müzakirə olunur. 

Müəllif | Apa.Tv
Apa.tv