Bakıda hər evdə 100 meqabit internetdən istifadə mümkün olacaq - YENİLİK
"2016-cı ilə qədər Azərbaycanın bütün rayonları genişzolaqlı internetlə təchiz ediləcək".
APA TV-nin xəbərinə görə, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib ki, artıq bunu özündə ehtiva edən proqram tam hazırdır: "Bu, imkan verəcək ki, Bakı şəhərində hər bir evdə 100 mb-ə qədər internetdən istifadə etməsinə şərait yaradaq. Rayon mərkəzlərinə 30, ən ucqar yaşayış məntəqəsində insanların 5-10 mb səviyyəsində internetdən istifadəsinə şərait yaradılacaq".
Nazir müavini deyib ki, yaxın müddət ərzində aşağı orbitli peyklər orbitə qaldırılması də nəzərdə tutulur. Bu da yeni sahibkarlıq subyektlərini yaranmasına gətirib çıxaracaq. İltimas Məmmədov deyib ki, İKT sahəsində əldə edilən gəlirlərin 80 faizdən çoxu özəl sektorun payına düşür.