Elnur Aslanov tutduğu vəzifədən azad edildi
Azərbaycan prezidenti İlham Əliyev Elnur Aslanovun işdən azad edilməsi haqqında sərəncam imzalayıb. APA TV-nin məlumatına görə, sərəncama əsasən, Elnur Aslanov Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib. Qeyd edək ki, Elnur Aslanov Azərbaycan Prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilmişdi.