DƏHŞƏTLİ İNTİHAR: ELEKTRİK NAQİLİNİ BƏDƏNİNƏ SARIYARAQ ÖZÜNÜ CƏRƏYANA QOŞDU

Zaqatalada 38 yaşlı kişi intihara cəhd edib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, rayonun Car kənd sakini, 38 yaşlı Elşad İsmayılov ağır vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olub. Qohumları bildirib ki, Elşad İsmayılov özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar etmək istəyib. Elşad İsmayılov vaxtında ailə üzvləri tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.

Xəstəxananın həkimi  Allahverdi Hacıyev deyib ki, xə-stə reanimasiya şöbəsinə yerləşdirilib. Yara birincili işlənib. Süni tənəffüsə qoşulub. Hazırda xəstənin vəziyyəti ağır-stabildir.

 

Elşad İsmayılov intihar edən zaman sərxoş olub. O, ailəlidir, iki övladı var. Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

 

Martın 16-da Zaqatalada daha bir intihar hadisəsi baş verib. Şəhər sakini, II qrup əlil, 1952-ci il təvəllüdlü Həsəncuma Nəzir oğlu Muradov yaşadığı evdə elektrik naqilini bədəninə sarıyaraq, naqili elektrik cərəyanına birləşdirib və özünü bu yolla öldürüb.

Müəllif | Apa.Tv
Vüqar Heydərov