Rusiya Ukraynadan Krımın müstəqilliyini tanımağı tələb etdi!

Rusiya Ukraynadan federativ Konstitusiya hazırlamağı tələb edib. APA TV-nin məlumatına görə, bu barədə Rusiya XİN- rəsmi məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, Moskva bir həftə əvvəl Ukraynadan böhrandan çıxış yollarına dair ABŞ, Avropa ölkələri və regiondakı tərəfdaşlarına göndərib. Rusiyanın irəli sürdüyü tələblər sırasında bütün siyasi qüvvələrin və regionların iştirakı ilə federativ Konstitusiyanın hazırlanması, rus dilinə ikinci dövlət dili statusu verilməsi, regionların öz qanunvericilik və icraedici hakimiyyətlərini müstəqil formalaşdırmaq statusunun tanınması, Krımın öz müqəddəratını 16 mart referendumuna əsasən müəyyən etmək hüququnu tanınması tələbləri var. XİN bildirir ki, Ukrayna bu tələbləri qəbul edəcəyi təqdirdə Rusiya bu ölkənin suverenliyini, ərazi bütövlüyünü və neytral hərbi-siyasi statusunu tanımağa hazırdır. Kreml bu prinsiplərin qorunacağına, Avropa Birliyi və Birləşmiş Ştatlarla birliklə qarantiya verməyə hazır olduğunu bəyan edib. 

Müəllif | Apa.Tv
Apa.tv