"İsmayıllı hadisələri" ilə bağlı tutulanlara HÖKM OXUNDU
Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllıda baş vermiş hadisələrlə bağlı tutulan şəxslərin məhkəməsi başa çatıb. APA TV xəbər verir ki, Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən 3 nəfəri 8 il müddətinə azadlıqdan məhrum edilib. 8 nəfər şərti olaraq, azadlıqdan məhrum edilib. İlqar Məmmədov 7 il, Tofiq Yaqublu və digər təqsirləndirilən Elşən Qurbanov isə 5 il müddətinə azadlıqdan məhrum olunublar.
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” Hərəkatının sədri İlqar Məmmədov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi üzrə təqsirli biliniblər.