Lerik rayonunun 40 yaşayış məntəqəsi işıqsız qalıb

Gecə saatlarından başlayaraq, Lerik rayonunda güclü külək əsməyə başlayıb. APA TV- nın cənub bürosunun xəbərinə görə, səhərə qədər davam edən külək rayonun ayrı-ayrı yaşayış məntəqələrində 200 elektrik və 60 rabitə dirəyini aşırıb. 20 km elektrik naqili və bir transformator  sıradan çıxıb.

 

Hazırda rayonun 160 yaşayış məntəqəsinə  elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.

 

Külək bir sıra yaşayış evlərinin damını uçurub. Dəymiş ziyanla bağlı rayon İcra Hakimiyyətinə məlumatlar daxil olmaqdadır. Hazırda yerli icra strukturları dəymiş ziyanın miqdarını hesablayır.

 

Analoji fakt Yardımlı rayonunda qeydə alınıb. Hazırda rayonun yarısı elektrik enerjisiz qalıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən APA-TV yə verilən məlumata görə, Lerikdə küləyin sürəti saniyədə 28, Yardımlıda isə 27 metr təşkil edib.

 

Müəllif | Apa.Tv