Sabirabadda maşın DAYANACAĞA ÇIRPILDI: 2 ÖLÜ

Sabirabadda  baş verən avto qəzada  sürücü və sərnişini ölüb. APA TV-nin xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 42-ci kilometrliyində qeydə alınıb. Sabirabad rayonunun Nizami kənd sakini Quliyev Seymur Vaqif oğlunun idarə etdiyi "VAZ 21015" markalı avtomobil böyük sürətlə hərəkətdə olarkən yolun kənarındakı avtodayanacağa çırpılıb. Nəticədə sürücü və sərnişin Quliyev Abdulla Məmmədqulu oğlu Sabirabad rayon xəstəxanasına çatdırılarkən yolda ölüblər.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı