POLİS POLKOVNİK-LEYTENANTI YOL QƏZASINDA ÖLDÜ

Salyanda baş verən avtoqəzada polis zabiti dünyasını dəyişib. Salyan rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Yeni Uluxanlı kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı, "99 CZ 678" dövlət nömrə nişanlı avtomobili idarə edən Salyan rayon Qarabağlı kənd sakini, polis polkovnik-leytenatı Məmmədağa Nəriman oğlu Qəhrəmanov sərt döngədə avtomobili ağaca çırparaq aşırıb. Nəticədə polis zabiti aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Qeyd edək ki, Məmmədağa Qəhrəmanov Hacıqabul rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi olub.

 

Faktla bağlı Salyan rayon hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı