Bakıda qasırğa: AĞACLAR MAŞINLARIN ÜSTÜNƏ AŞIB

Bakıda əsən güclü külək fəsadlara yol açıb. APA TV-nin xəbərinə görə, paytaxtın Səbayel rayonu, İstiqlaliyyət küçəsində irigövdəli ağac yoldan keçən "VAZ 2107" və "Wolswagen Golf" markalı avtomobillərin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə  ciddi ziyan dəyib.  Yolu kəsən ağac İstiqlaliyyət küçəsində nəqliyyatın hərəkətinə də mane olub.

 

Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində isə reklam lövhəsi aşıb. Nəticədə yoldan keçən avtomobillərin hərəkəti üçün mane yaranıb.

 

Eyni zamanda yaxınlıqdakı ara küçədə ağac "Mercedes Benz" markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

 

Müəllif | Apa.Tv