Nazirlikdən XƏBƏRDARLIQ: KÜLƏK DAVAM EDƏCƏK
Paytaxtda əsən güclü külək nəticəsində Xətai rayonu, Babək prospektindəki mağazalardan birinin dam örtüyü tamamilə qoparaq prospektdə düşüb.
Hadisə nəticəsində prospektdən keçən avtomobillər üçün qəza şəraiti yaranıb. Eyni zamanda dam örtüyünün yola düşməsi nəqliyyatın hərəkətinə də mane olub. Əsən külək prospektdəki işıq dirəklərinə ziyan vurub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, yaxın 2-3 gün ərzində belə küləkli havanın davam edəcəyi gözlənilir. Bu da meteohəssas insanlar üçün diskomfort hissi yarada bilər.