Zaqatalata güclü külək məktəbin dam örtüyünü uçurdu
Güclü külək Zaqatalada bir sıra fəsadlar törədib. APA TV-nin məlumatına görə, rayon ərazisində müxtəlif yerlərdə 15-ə qədər irigövdəli ağac aşıb, bəzi yerlərdə evlərin dam örtükləri uçub və elektrik təsərrüfatına ciddi ziyan dəyib. Rayon ərazisində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
İrigövdəli ağacların aşması nəticəsində rayon mərkəzində bəzi küçələrdə avtomobillərin hərəkəti dayanıb. Güclü külək Zaqatala rayon 5 saylı ümumorta məktəbinin və məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli binanın dam örtüyünü tamamilə uçurub. Fəsadların aradan qaldırılması üçün texnika cəlb olunub.
Görülən tədbirlər nəticəsində gecə saatlarında rayonun bəzi yerlərində işığın verilməsi qismən bərpa edilib.
Yollar ağaclardan təmizlənərək maşınların hərəkəti təmin olunub.