Vladimir Putin Krımın müstəqilliyinin tanınması haqqında fərman imzalayıb
Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Krım Respublikasının tanınması haqqında” fərman imzalayıb. APA TV-nin məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti xəbər verib. “Krım xalqının 2014-cü il 16 mart tarixli ümumkrım referendumundakı iradəsini nəzərə alaraq, Krım Respublikası suveren, müstəqil dövlət kimi tanınsın”, - deyə fərmanda bildirilir.
Sənəddə Sevastopol şəhərinin Krım Respublikasında xüsusi statusa malik olduğu da qeyd olunur.
Vladimir Putin fərmanın imzalanması ilə əlaqədar olaraq, Dövlət Duması, Federasiya Şurası, RF regionlarının başçıları və vətəndaş cəmiyyəti nümayəndələri qarşısında çıxış edəcək.