Güclü külək bölgələrdə ciddi problemlər yaradıb

Martın 17-si gecə saatlarında respublika ərazisində güclü qasırğa olub. Qasırğa bir sıra rayonlarda ciddi fəsadlar törədib. APA TV-nin xəbərinə görə, Tərtər və Bərdə rayonlarında təxminən 30 dəqiqə davam edən qasırğa ağacları kökündən qoparıb, elektirik və rabitə dirəklərini aşırdıb. 10 km-lərlə elektirik xətti sıradan çıxıb. Yaranan qısaqapanmadan elektirik ötürücüləri partlayıb və hər iki rayonun bir sıra yaşayış məntəqəsinə  enerjisinin verilməsi dayandırılıb. Hazırda Fövqəladə Hallar komisiyası dəymiş ziyanı araşdırır.

 

Güclü külək Qusar, Quba və Xaçmaz rayonlarında da ciddi fəsadlar törədib.

Hər üç rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində problemlər yaranıb. Qubanın ucqar dağ kəndlərindən olan Xınalıqda bir neçə evin damı örtüyü uçurub. Xaçmaz şəhərinin mərkəzində yerləşən çoxmərtəbəli yaşayış binalarının bir neçəsinin dam örtüyü uçub.

 

Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasının sədri Yetkin Mehmanov deyib ki, 3-5 mərtəbəli yaşayış binalarının dam örtüyünə, bir neçə kənddə evlərə ziyan dəyib. Hazırda texnika işləyir. Dəymiş ziyan hesablanır.

 

Güclü külək nəticəsində ərazidə olan bir neçə ağac aşıb, nəticədə bir avtomobilə ciddi ziyan dəyib.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan