Dövlət Duması Krımın müstəqilliyini tanıdı

Rusiya Dövlət Duması "Krım respublikasında vəziyyət" adlı bəyanat qəbul edib. APA TV-nin xəbərinə görə, bəyanatda Krımın və Sevastopolun Rusiyaya birləşdirilməsi ilə bağlı 16 mart tarixli referendumda xalqın öz iradəsini sərbəst şəkildə ifadə etməsi alqışlanır. Sənədə 441 deputat səs verib. Deputatlar əmin olduqlarını bildiriblər ki, Krımda dövlət və idarəçilik orqanları ərazidə hazırda gərgin vəziyyətə olan sülh, millətlər və dinlərarası anlaşmanı və dil müxtəlifliyini qoruyacaq.

 

Sənəddə göstərilir ki, Dövlət Duması öz qərar və fəaliyyəti ilə Krım respublikasının sosial-iqtisadi inkişafına və keçid dövründə bu ərazidə stabilliyin bərpasına yardım edəcək. 

Müəllif | Apa.Tv