Ukrayna Avropa Birliyinə üzvlüyə dəvət olundu - BƏYANAT
Avropa Komissiyası Ukraynanın Avropa Birliyinə qəbulunu təklif edib. APA TV-nin məlumatına görə, bu təkliflə Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle çıxış edib. Onun sözlərinə görə, Şərqi Avropada vəziyyəti kökündən dəyişmək üçün Avropa Birliyi əlində olan ən güclü silahdan istifadə etməlidir: “Bu silah isə genişlənmə siyasətidir. Avropa Birliyinin sıralarının genişləndirilməsi son dərəcə effektiv və stabilləşdirici qüvvədir”. Hələlik rəsmi Kiyev Avropa Birliyinə daxil olmağa dair bu fikirlərə münasibət bildirməyib. Baş nazir Arseniy Yatsenyuk bu gün xalqa müraciətində Ukraynanın NATO-ya üzv olmasının gündəmdən qalxdığını bildirib.