Bayram günlərində rayonlara getmək istəyənlərə VACİB XƏBƏR

"Bayram günlərində sərnişin sıxlığını nəzərə alıb gün ərzində 600 əlavə nəqliyyat vasitəsinin reysə çıxarılması nəzərdə tutulur".

Bunu APA TV-yə  Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib: "Dünən avtovağzalda 600-ə qədər nəqliyyat vasitəsi, 14 mindən yuxarı sərnişini yola salmışıq. Bu gün isə 600 nəqliyyat vasitəsi yola salınıb ki, bu, 15 min sərnişin deməkdir. Ehtiyyat nəqliyyat vasitələrimiz var, bütün reyslər vaxtında təmin edilib. 19-20 martda isə 600-dən yuxarı marşurut avtobusu əlavə xəttə buraxılacaq".

 

Bayramın son günlərində Bakıya qayıdanların sayının artacağını nəzərə alan avtovağzal rəhbərliyi martın 23-24-dən etibarən rayonlardan gələn nəqliyyat vasitələrinin sayını artıracaq. Avtovağzal rəsmisi deyir ki, sıxlıqdan yararlanaraq, süni qiymət artımı yaradanlara qarşı da tədbir görüldüyünü deyib. Beynəlxalq avtovağzalda qiymət komissiyası fəaliyyət göstərir.

 

Bayram günlərində dəmir yol nəqliyyatıda gücləndirilmiş iş rejiminə keçib. Dəmir Yolları QSC-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir ki,  20-27 martda fasiləsiz iş rejimi tətbiq olunacaq: "Bayram günlərində sərnişin qatarlarına hər gün əlavə olaraq, 5-10 vaqonun qoşulması nəzərdə tutulub".

 

Nadir Əzməmmədov deyib ki, sərnişin qataralarına bilet satışı 10 gün əvvəldən, əlavə vaqonlara isə bilet satışı vaqonun qoşulduğu gün həyata keçirilir.

Müəllif | Apa.Tv