"Azərbaycanın yaşıl sabahını birgə quraq" - İDEA

Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu İDEA İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə I Azərbaycan Ətraf Mühit Forumu keçirilib.

APA TV-nin xəbərinə görə, "Azərbaycanın yaşıl sabahını birgə quraq" şüarı altında baş tutan forumda ölkənin ətraf mühit sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gəlib. Ölkəmizdəki mövcud ekoloji problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, cəmiyyətin diqqət mərkəzində olan bir çox məsələyə diqqət çəkib.

Nazirin sözlərinə görə, Azərbaycanda 1 milyona yaxın əhalinin hələ də qazlaşdırılmayan ərazidə yaşamasına baxmayaraq, odundan istifadə ilə bağlı da müəyyən nailiyyətlər əldə edilib.

Daha sonra çıxış edən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek qeyd edib ki, bugünkü forum Azərbaycanda, eləcə də dünyada ətraf mühitin vəziyyətinə və dayanıqlı inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı