Hüseyn Bağırov: "Dünənki küləkli havanı qasırğa adlandırmaq..."

“Azərbaycanda müşahidə edilən küləkli havanı qasırğa adlandırmaq olar. Yaz havasında gündüzlər isti olanda, sonradan temperatur dəyişəndə soyuq və isti hava axınlarının toqquşması nəticəsində belə hallar baş verir. Bu, təbii hadisədir”.

 

APA TV-nin xəbərinə görə, bunu  ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Bakıda müşahidə olunan qeyri-sabit hava şəraitinə münasibət bildirərkən deyib.

 

Nazir Azərbaycanda sürüşməyə məruz qalan zonaların, ərazilərin sayının artığını da bildirib. O deyib ki, bu, daha geniş ərazilərdə təsərrüfat fəaliyyətlərinin artırılması ilə bağlıdır: “Nəticədə yamaclardakı dayanıqlıq zəifləyir və tendensiya tədricən artmağa doğru gedir”.

 

Hüseyn Bağırov Ağsu aşırımındakı sürüşmə sahəsində mövcud vəziyyətdən danışıb: “Nazirliyin qəti mövqeyi ondan ibarətdir ki, Ağsu aşırımında heç bir təsərrüfat fəaliyyəti, restoran, tikili olmamalıdır. Biz dəfələrlə restoranları oradan çıxarmaq istəyəndə, çox ciddi təzyiqlərlə üz-üzə qalmışıq".

 

Nazir deyib ki, həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı