Bakının MƏRKƏZİ YOLLARI BAĞLANACAQ

Martın 19-dan etibarən Bakıda İçərişəhər - Qoşa Qala Qapısı meydanında şənliklərin keçirilməsinə başlanılır. Bu səbəbdən paytaxtın bəzi yollarında hərəkət tam məhdudlaşdırılacaq.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan prospektinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi, Qoşa Qala Qapısı və Gənclər meydanı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Bayram iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, onların rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə avtomobil sahibləri və sürücülərə alternativ yollardan istifadə edilməsi tövsiyə olunur.
 

Tədbir Qoşa Qala Qapısı meydanından başlayacaq, İçərişəhərdə, Qız Qalası ətrafında, daha sonra Neftçilər prospekti və Dənizkənarı Milli Park boyu davam edəcək. Onun sözlərinə görə, paytaxtda Novruz bayramı ilə bağlı şənliklərin keçirilməsi ilə əlaqədar Neftçilər prospektində hərəkətin sıxlığından asılı olaraq Bakı-Salyan yolunun 14-cü km-dən, Bayıl dairəsindən və "20-ci sahə" dairəsindən avtomobillərin istiqaməti dəyişdirilə bilər.

 

Eyni zamanda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sakinləri mərkəzi küçələrdə avtomobil saxlayacağı təqdirdə cərimələnəcəyi ilə bağlı da  xəbərdarlıq edir.

 

Müəllif | Apa.Tv