Taksi sürücüsü 2 qardaşı bıçaqladı: 1 ölü

Xəzər rayonunun Binə qəsəbəsində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə gecə saatlarında “Atçılıq” yaşayış sahəsində qeydə alınıb.

 

İstintaqla müəyyən olunub ki, hadisəni tərətməkdə təqsirli bilinən Bakı şəhər sakini Nazim Mirzəəlizadə yaşadığı ərazidə taksi fəaliyyəti ilə məşğul olub. Mərhumun Elşən Orucovla mübahisəsi müştəri üstündə düşüb. Elşən köməyə qardaşı Samir Orucovu cağırıb. Onlar Nazimi döyüblər. Bundan qəzəblənən Nazim üstündə gəzdirdiyi bıçaqla qardaşlardan Elşəni ürək, Samirin isə qarın nahiyəsindən vurub.
 

Rayon prokurorluqundan bildirdilər ki, N.Mirzəəlizadə saxlanılıb. Faktla bağlı Xəzər Rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (bir və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
 

Müəllif | Apa.Tv