"TOPAZ"ın ofisi qarət olundu
Xətai Rayon Polis İdarəsinin əməkdaşları "TOPAZ" mərc oyunları klubundan oğurluq edən şəxsi yaxalayıb. APA TV-nin xəbərinə görə, hadisə Cavanşir küçəsi 9 ünvanında yerləşən klubda qeydə alınıb. Axşam saatlarında Kamil Əliyev yaşadığı əraziyə yaxın mərc oyunları klubuna girib. Özü ilə gətirdiyi bıçaqla orada işləyən şəxsə hədə-qorxu gəlib. Xəzinədarı Bakı şəhər sakini Rövşən Məhəmməd oğlu Məmmədov qorxduğundan kassada olan 2740 manat pulu ona verib.
Saxlanılan şəxsin dediyinə görə, soyğunçuluq etməkdə məqsədi Rusiyada yaşayan qohumlarının yanına getmək olub. Polisdən bildirilib ki, Kamil Əliyev 12 ildir, əsəb xəstəliyindən əziyyət çəkir.