Yoxa çıxan təyyarə müəmması! Sərnişinlərin qohumları kütləvi aksiyaya başladı!


“Malayziya Hava Yolları” şirkətinin yoxa çıxan təyyarəsində olan sərnişinlərin qohumları Çində aclıq aksiyasına hazırlaşır. Onlar Malayziya hökumətindən reysin aqibəti ilə bağlı həqiqətin açıqlanmasını tələb edirlər.

Yüzlərlə ailə Pekindəki hotellərdən birinə yığılaraq yaxınlarından xəbər gözləyir. Yoxa çıxan təyyarənin sərnişinlərinin 2/3-si Çin vətəndaşlarıdır.

Xatırladaq ki, "Boinq" təyyarəsi martın 7-də Kuala Lumpurdan Pekinə yola düşüb. Uçuş başlayandan bir saat sonra təyyarə ilə əlaqə itib. Sonuncu əlaqə zamanı təyyarənin kommunikasiyası sistemlərindən biri sönüb. Bundan sonra "Boinq" planlaşdırılmış kursu dəyişib.

Axtarış əməliyyatında 26 ölkə iştirak edir. Axtarış akvatoriyası Qazaxıstan və Türkmənistan sərhədindən şimali Tailandadək, eləcə də, İndoneziyanın cənubundan Hind okeanının cənubunadək iki dəhlizdən ibarətdir.

Təyyarənin yoxa çıxması ilə bağlı versiyalardan heç biri bu günədək öz təsdiqini tapmayıb.

Müəllif | Apa.Tv