Kanada Əfqanıstandan hərbi kontingentini tam çıxardı
Kanada ordusunun Əfqanıstanda xidmət keçən sonuncu hərbi dəstəsi ölkəsinə qayıdıb. Qarşılama mərasimində Kanada rəsmiləri də iştirak ediblər.
Kanadanın baş naziri Stiven Harper bildirib ki, 12 il davam edən Əfqanıstan əməliyyatı Kanada ordusunun tarixində ən uzunmüddətli əməliyyatdır. Baş nazir deyib ki, əməliyyat zamanı 158 kanadalı əsgər həlak olub. Onun sözlərinə görə, Əfqanıstan missiyasında ölənlərin xatirəsinin əbədiləşdirilməsi üçün mayın 9-u Milli Şərəf Günü elan edilib.
Qarşılanma mərasimindən sonra başqa əyalətlərdə yaşayan əsgərlər evlərinə yola salınıblar