Yekaterinburqda ermənilərlə ruslar arasında kütləvi dava! 15 nəfər yaralanıb!
Yekaterinburqda ermənilərlə ruslar arasında kütləvi dava olub. Şəhərin mərkəzində yerləşən " U VANİ" kafesində qeydə alınan kütləvi davada odlu silahdan istifadə edilib. Hadisə nəticəsində 15-ə yaxın şəxs xəsarət alıb, 10 nəfər isə saxlanılıb. Kafeyə yığışan 50 erməni ötən il doğulmuş uşağın 1 yaşını qeyd ediblər. Qonşu kabinetlərin birində isə bir necə rus oturub yeyib-içiblər. Bu zaman məclisə gələn qonaqlardan birinin 5 yaşlı uşağı onların otağına girib. Ruslardan biri onun əlindən tutaraq otaqdan çıxarıb və valideynlərinə tərəf aparıb. Kənar şəxsin onun uşağının əlindən tutub gətirməsini görən anası bundan narazı qalıb və rus gəncə kəskin etirazını bildirib. Söhbətə məclisdə olan erməni kişilər qarışıb. 15 erməni kabinetdə oturan rusları döyməyə başlayıb və onları kafedən çıxarıblar. Bundan qəzəblənən ruslar öz yaxınlarına zəng ediblər. Bu zaman 10-a yaxın şəxs "U VANİ" kafesinə gələrək havaya atəş açıblar. Hadisə yerinə 5 təcili yardım briqadası təşrif buyurub. Qeyd edək ki, hadisə vaxtı kafedə 15 uşaq olub və onlardan heç biri xəsarət almayıb.