ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək
Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu barədə Dövlət Departamentinin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ölkəsi Krımda keçirilən referendumun nəticələrini və Krımın Rusiyaya qanunsuz birləşdirilməsini tanımır.
Ukrayna bu ilin sonuna kimi Avropa Birliyi ilə Assosiasiya sazişinin iqtisadi hissəsini imzalaya bilər. Bu barədə Ukrayna mətbuatına müsahibəsində ölkənin Avropa Birliyindəki nümayəndəsi Konstantin Yeliseyev deyib. O bu prosesin baş tutmasının hər iki tərəfdən asılı olduğunu əlavə edib.
Diplomat həmçinin qeyd edib ki, martın 21-də imzalanması planlaşdırılan siyasi tərəf isə Ukrayna sərhədlərinin toxunulmazlığı, təhlükəsizliyi və ölkənin ərazi bütövlüyü məsələlərini nəzərdə tutur.
Bu arada martın 19-da BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı 8-ci iclasını keçirəcək.