Bakıda 6 nəfər tonqalda yanıb

Martın 18-də ilaxır çərşənbə ilə əlaqədar Bakıda 6 nəfər tonqalda yanıb. APA TV-nin xəbərinə görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib ki, xəsarət alanların bəziləri tonqal üzərindən atlanarkən xəsarət alıb, bəzilərinə isə külək nəticəsində alov üzlərinə dəyərək yandırıb. Onlardan 5-nin yanıq xəsarətləri yüngül olduğu üçün hadisə yerində ilkin-tibbi yardım göstərilib. Xəsarəti alanlardan 10 yaşlı qızın yanıq dərəcəsi ağır olduğuna görə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

 

Dəm qazından zəhərlənənlərin sayı isə 6 nəfərdir. Bunlardan 5-i xəstəxanaya yerləşdirilib. Zemfira Vahidova bildirib ki, bayramla əlaqədar təcili yardıma daxil olan müraciətlərin sayının artma ehtimalı olduğundan Stansiya gücləndirilmiş iş rejimində çalışacaq. 142 həkim briqadası ilə xidmət başında olacaq.

 

Müəllif | Apa.Tv