Türkiyədə dövlət idarəsinə basqın: 7 ÖLÜ

Qarsda Türkiyə Statistika Qurumuna hücum edən silahlı 6 nəfəri öldürüb, daha sonra intihar edib. Hadisə səhər saatlarında Qarsın Atatürk küçəsində baş verib. Veysi Erin adlı işçi təşkilatın binasına hücum edib. O, təşkilatın müdiri Mehmet Tolonla birgə 40 nəfərə atəş açıb. 7 şəxs ağır yaralanıb. Yaralılardan 6-sının öldüyü, hücum edənin də intihar etdiyi bildirilir. Ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilib. Vali Eyüp Tepe, əmniyyət müdiri Ercan Çakmak hadisə yerinə gəlib. Ölü sayının artmasından narahatlıq var.

Təşkilatda psixoloq olduğu qeyd olunan Veysi Erinin bir müddət öncə Diyarbəkirə göndərilməyini istədiyi, bu istəyi yerinə yetirilmədiyindən bu hücumu həyata keçirdiyi iddia olunur.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı