Simferopolda ATIŞMA: 2 ÖLÜ, 2 YARALI

Nikolayev şəhərində çoxmərtəbəli binanin həyətində hərbçilərə atəş açılıb. APA TV "UNİAN" agentliyinə istinadən xəbər verir ki, Nikolayev polisi xəbəri təsdiqləyib.

Sevastopolda isə Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahı qarşısında keçirilən mitinqin iştirakçıları mühasirəni qıraraq, hərbi hissənin ərazisinə zorla daxil olublar. Onlar qərargahın üzərində Rusiya və Andreyev bayraqlarını qaldırıblar. Bu barədə İTAR-TASS xəbər yayıb.

Hazırda Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin nümayəndələri ilə mitinq iştirakçıları arasında danışıqlar davam edir. Hərbi qulluqçulara qarşı zor tətbiq edilmir. Əməliyyatda Rusiyanın silahlı qüvvələri iştirak etmir.

 

Simferopolda hərbi hissənin yaxınlığında baş vermiş atışma nəticəsində 2 nəfər - "Krımın özünümüdafiə dəstəsi"nin döyüşçüsü və Ukrayna hərbi hissəsinin hərbçisi həlak olub, ikisi isə yaralanıb.

İlkin məlumatlara görə, atəş eyni yerdən iki istiqamətdə açılıb. Naməlum şəxslər hərbi hissənin bilavasitə yaxınlığında yarımçıq tikilinin pəncərəsindən atəş açıblar.

 

Məlumata görə, Krım MR-də yerləşdirilmiş Ukrayna SQ-nin hərbi qulluqçusunun ölümü ilə bağlı silah tətbiqinə icazə verilib.

 

Qeyd edək ki, martın 18-də Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə keçməsi haqqında saziş imzalayıblar.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı