Bayram günlərində hava necə olacaq? - PROQNOZ
Martın 20, 21, 22-də küləkli hava şəraiti müşahidə olunacaq. Cənub şərq və şimal qərb küləkləri bir-birini əvəz edəcək. Martın 20-də ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Güclü cənub qərb küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 17-dərəcəyədək isti müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə deyib ki, martın 21-də günün ikinci yarısından başlayaraq, martın 22-si günün ikinci yarısınadək yağıntılı hava şəraiti müşahidə olunacaq. Martın 22-də gündüz yağıntı tədricən kəsiləcək. Havanın temperatutu martın 21-də günün birinci yarısında 11-16 dərəcə isti, axşama doğru isə 6-9 dərəcə isti müşahidə olunacaq. Martın 23-dən əsasən, hava şəraitinin sabitləşəcəyi nisbətən mülayim əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bölgələrdə də hava şəraiti martın 20 də əsasən yağmursuz olacaq. Lakin 21-i günün ikinci yarısından, martın 22-i günün ikinci yarısınadək yağıntılı olacağı dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir: "Güclü qərb küləyi əsəcək, havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 13-18, dağlarda isə günorta saatlarında 3-8 dərəcə isti olacaq. Artıq bölgələrimizdə də martın 23-dən başlayaraq, hava şəraitinin sabitləşəcəyi, nisbətən mülayim əsasən yağmursuz keçəcəyi gözlənilir".
Yaxın günlərdə cənub-qərb və şimal-qərb küləklərinin bir-birini əvəzləməsi, güclü küləklərin üstünlüyü metohəssas insanlar üçün diskomfort hissi yaradacaq.