Dövlət Dumasının deputatı: “Yanukoviç ölüb, konfransda çıxış edən onun oxşarıdır”
“Viktor Yanukoviç ölüb və bu, Putinin Ukraynaya genişmiqyaslı təcavüz planının üzərindən xətt çəkib». Bu sensasion bəyanatla Rusiya Dövlət Dumasının deputatı Roman Vançuqov çıxış edib.
Onun sözlərinə görə, Yanukoviç infarkt nəticəsində dünyasını dəyişib: “O martın 3-dən 8-dək həkim nəzarəti altında olub və sonra vəfat edib. Rostovdakı çıxışından sonra onun haqqında heç nə eşidilməyib. Məndə olan məlumata görə, Putinin Ukraynanın federallaşdırmaq planının həlledici fiquru olmalı idi. O Putini Ukraynaya hərbi müdaxilə etməyə çağırmalı idi, lakin bu baş vermədi”.
Deputat qeyd edib ki, Rostovdakı mətbuat konfransında Yanukoviçin deyil, oxşarının çıxış etdiyi ehtimalı böyükdür: “Əgər Yanukoviç sağ olsaydı, indi qanuni prezident kimi şərq vilayətlərinin sakinlərini köməyə çağırardı. Lakin ya Kreml onun oxşarını hazırlamağa vaxt tapmayıb, yaxud da Putin anlayıb ki, bu yalan ona baha başa gələ bilər”.
Roman Vançuqov bildirib ki, Kreml yaxın vaxtlarda Yanukoviçin öldüyünü açıqlayacaq. Qeyd edək ki, Rostovda keçirilən mətbuat konfransında çıxış edən şəxsin Viktor Yanukoviç olmadığını onunla 4 il birlikdə işləmiş Taras Çornovil də bəyan edib.