Ata 3 körpəsini pəncərədən atandan sonra intihar edib

Almaniyanın Bavariya əyalətində ataları tərəfindən yaşadıqları binanın ikinci mərtəbəsindən atılan 10 aylıq körpə və onun iki qardaşı ağır yaralanıb.

 

Nürnberg polisi tərəfindən saxlanılan ata bu hadisədən sonra intihara cəhd etdiyini  açıqlayıb. O bildirb ki, uşaqlarından biri ağır xəstədir.

 

Pəncərədən atılan atanın da ağır yaralandığı və yaralıların müxtəlif xəstəxanalarda müalicə altına alındığı bildirilir. Uşaqlarının anasının bir neçə gün əvvəl yoldaşını tərk edərək Baden-Württemberg əyalətindəki bacısının yanına yerləşdiyi qeyd olunur.

 

Uşaqlarını pəncərədən atanın arvadının evə dönməsi üçün bu addımı atdığı iddia olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv