Millət vəkili evinə atılan papağı necə qaytardı?

İlaxır çərşənbə, Novruz bayramının adətlərindən biri də qapılara papaq atmaqdır. Adətən, papaq atanlar bunu gözə görünmədən edirlər və ev sahibləri üzünü görmədiyi "qonaq"ların boş torpasını doldurub qapının ağzına qoyurlar. Bizim papaq atdığımız millət vəkili Cavanşir Feyziyev isə papağımızı doldurmaqla kifayətlənməyib, APA TV-nin çəkiliş qrupunu evində qonaq edib. Millət vəkili bayramla bağlı xatirələrini bölüşüb, Novruz adət-ənənələrindən danışıb. Millət vəklili indiyədək heç bir Novruz bayramını ölkədən kənarda qeyd etmədiyini deyib. Qızı Leyla Feyziyeva isə ilk dəfə atası ilə tək bayramı qeyd etməsindən danışıb və maraqlı olacağını bildirib. 

Müəllif | Apa.Tv
Almaz Qasımova