Dənizkənarı Bulvarda NOVRUZ ŞƏNLİYİ
Dənizkənarı Milli Parkda başdan-başa bayram ab-havası yaşanır. Novruz atributları ilə bəzənən Bulvarda Kosa-keçəl xalq oyunları oynayır, bölgələrə məxsus ərzaqlar və ya istehsal məhsulları nümayiş etdirilir.
Şəkidən halva, noğul-nabat, badam, Gəncədən içkilər gətirilib. Göyçaylıların bayram sovqatı isə nar və nar məhsullarıdır.
Bayram şənliyinə xüsusi rəng qatan Lənkəranlı nənələr də Cənub bölgəsinin folklorunu nümayiş etdirirdilər.
Bayram tədbirində milli geyimlər də nümayiş sərgilənir. Novruzu səmənisiz təsəvvür etmək qeyri mümkündür. Paytaxtın bir neçə yerində, xüsusilə də Bulvar İdarəsi və İçərişəhər Tarix Memarlıq Qoruğu ərazisində səmənilər qoyulub. Ən böyük səməni Qız Qalasının qarşısında quraşdırılıb.