Zirə bitkisinin orqanizm üçün əhəmiyyəti - TƏBABƏT

Adi zirə çox qiymətli və xoş ətirli dərman bitkisidir. Azərbaycanın əksər rayonlarında becərilir. Zirənin meyvəsindən elmi təbabətdə istifadə olunur. Onun tərkibində dərman əhəmiyyətli bir sıra maddələr var. Bunlardan başlıcası efir yağıdır. Zirə meyvələrindən təbabətdə dəmləmə, toz, ətirli su və efir yağı hazırlanır. Onlardan xroniki mədə-bağırsaq xəstəliyində mədənin həzmetə prosesini yaxşılaşdıran, köpolmanın qarşısını alan, eləcə də bağırsaqlarda əmələ gələn iltihabı aradan qaldıran dərman kimi istifadə edilir. Zirə meyvələrini toz halına salıb, ondan 1 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib, mədə ağrıları zaman içirlər. Bundan başqa tozun çayından iştahartıran, həzmetməni yaxşılaşdıran və mədə-bağırsaqda əmələ gələn iltihabı aradan qaldıran dərman kimi qəbul edirlər.

Zirə meyvəsinin çayından böyrək xəstəliklərində sidikqovucu vasitə kimi də istifadə edilir. Bundan əlavə meyvələrindən alınan efir yağı bir çox yeyinti məmulatlarının tərkibində ətirli ədviyyat kimi də işlədilir. Bitki iyun-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. 

Müəllif | Apa.Tv
Apa.tv