İtirilmiş Atlantida - MARAQLI


Atlantida haradadır?

 

İtirilmiş Atlantida adlı əfsanə gəzir dünyada. İnkişaf etmiş şəhər, ağıllı insanların əfsanəsi. Belə şəhərin varlığı haqqında gəzən söhbətlər ən qədim və ağlı qarışdıran tapmacalardan biridir. Sunami və ya zəlzələ nəticəsində batması təxmin edilən Atlantidanı hələ antik dövrdən aşkar etməyə cəhd göstəriblər. Atlantida haqqında məlumatı ilk dəfə Platon verib. Platon bu bilgiləri babasından, o isə Misir rahiblərindən eşitdiyini deyir. Atlantidanın yeri haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri onun Atlantik Okeanında, bəziləri isə Egey dənizində yerləşdiyini iddia edir. Yunan filosofu Platon Atlantidanı Cəbəllütariqin yaxınlığında salınmış, sivilizasiyanın ən inkişaf etmiş və son dərəcə gözəl məskəni olan böyük bir ada kimi təsvir edib. Bundan başqa, Atlantidanın əhalisi fərqli insanlar - “gözəl sakinlər” olub. Burada Poseydonun məbədi, habelə konsentrik divarlar və kanallar yerləşirdi. Onun harada olması haqqında çoxlu nəzəriyyələrə rəğmən, bu günədək heç kəs bu şəhəri tapmağa müvəffəq olmayıb. Bir çox tarixçi və tədqiqatçı yeraltı adanı tapmaq üçün Cənubi Amerikaya, Yunanıstan ətrafı adalara və Antarktidanın sərhədlərinə ekspedisiyalar təşkil etsə də, Atlantida əlçatmaz və sirli tapmaca olaraq qalır.

 

Müəllif | Apa.Tv
Apa.tv