Uinston Çörçill necə qidalanıb? - MARAQLI

 

Yemək İngiltərənin baş naziri Uinston Çörçill həyatında çox vacib yer tutub. Ən çətin və təhlükəli dövrlərdə belə Çörçill yemək barədə fikirləşməyə vaxt tapıb. I Dünya müharibəsi zamanı səngərdə olan Çörçill arvadına belə yazırdı: “Biz hisə verilmiş, duzlanmış donuz əti ilə qayğanağı, çörəyi və marmeladı tez yeyib kənara çəkilirdik”. 1945-ci ildə Yalta konfransında ingilis baş nazir rusların qara kürüsü ilə çox maraqlanmışdı. Düzdür, sonralar o, yeyəcəklərini daha diqqətlə seçməyə başladı. Xüsusilə yaşlandığı vaxtlarda yağlılığı az olan, yüksək keyfiyyətli tərəvəzli xörəklərə üstünlük verirdi. Və əlbəttə ki,onun naharı bir qədəh şərab və ya kokteylsiz ötüşmürdü. Bu barədə Çörçil həmişə belə deyirdi: “Əgər siz hökmən içmək istəyirsinizsə, onda qədərində için”. Onun ən sevimli içkisi “Pol Roger” şampanı olub. Bu gün görkəmli siyasətçinin sevimli şampanı onun adını daşıyır. Çörçill təyyarədə olanda belə, yemək zövqünə xəyanət etmirdi.  Xüsusilə, səhər yeməyinə ciddi yanaşırdı. Onun üçün hazırlanmış səhər yeməyi iki müxtəlif sinidə, növbəylə süfrəyə  gətirilməli idi. Birinci sinidəki təamlara qaynadılmış yumurta, giləmeyvə cemi və kərə yağı, bir fincan südlü qəhvə, bir stəkan soyuq süd, soyutma cücə və ya ət daxil idi. İkinci sinidə isə baş nazir üçün təzə qreypfurt, təzə sıxılmış portağal şirəsi, sodalı viski və siqar gəlirdi. Sonralar isə Çörçil bütün bunları özünün rəsmi menyusuna əlavə etdirir.

 

Müəllif | Apa.Tv
Apa.tv