Dünyanın ən uzun qadını harada yaşayır?

Braziliyalı Elisani Silvanın 19 yaşı var. O, 2 metr 6 santimetrlik boyu ilə dünyanın ən uzun qadını sayılır.13 yaşı olanda bədənində şiddətli ağrı hiss edən Silvanın eyni zamanda boyu da uzanır. Həkimlər onun çox az rastlanan xəstəliyə tutulduğunu bildirir. Rəfiqələri ilə bir yerdə olmaq çətinləşir. Qeyri-standart boya malik qız avtobusa minməkdə, boyuna uyğun geyim tapmaqda, hamı kimi rahat yeriməkdə çətinlik çəkir. Ancaq, Silva özünü xoşbəxt hiss edir. Onun sevgilisi Karvalio inşaatda çalışır. Boyları arasında böyük fərq olsa da xasiyyətləri tutur.

Müəllif | Apa.Tv
Apa.tv