Britaniya kraliçasının yemək süfrəsi - MARAQLI

II Yelizaveta. Britaniya kraliçası. O, yulaf sıyığını çox sevir. Səhər yeməyində yoğurtla meyvə, cem və qarğıdalı lopası kraliçanın qida rasionunda vacib elementdir. Sevdiyi salat "Rokket" salatıdır. Sevimli deserti romlu pirojnadır. II Yelizaveta rəsmi banketlərdə sanballı xörəklər tələb etsə də, evdə əsasən sadə yeməklərə üstünlük verir. Britaniya kraliçası hər gün yüngül səhər yeməyi yeyir, nahardan sonra çay, şam yeməyi ilə birlikdə yatmazdan qabaq “Dubonnet” kokteyli tələb edir. Çayı buterbrod və şokoladlı tortla içməyi sevir. Kral ailəsinin bir günlük reseptinə bunlar daxildir:

Səhər yeməyi: dənli və quru meyvə, makadamiya fındığı.

Nahar: ispanaqlı və qabaqlı qızardılmış Duvr balığı

Nahar sonrası çay: seçimə uyğun olaraq tortlar, bulkalar və buterbrodlar.

Şam yeməyi: maral əti, ağ şaftalı, cin (ingilis arağı) və ya “Dubonnet” içkisi.

 

 

Müəllif | Apa.Tv
Apa.tv