Kleopatranın yemək zövqü - MARAQLI
Misir kraliçası Kleopatra öz gözəlliyi, sevgililəri ilə məşhurdur. Roma sərkərdələri Yuli Sezar və Mark Antoni ilə sevgi həyatı yaşayan Kleopatra öz gözəlliyinə daim diqqət edib. Bunu onun qidalanmasından da görmək olur. Kleopatranın qida rasionu sağlamlıq üçün nəzərdə tutulmuşdu. Misirli hökmdar yüksək keyfiyyətli tərəvəz və meyvələr yeyərdi. Balıq və dəniz məhsullarından çox istifadə edər, çörək və yağlı yeməkləri yeməməyə çalışardı. Çariça Kleopatra bilirdi ki, insanın ətri, hormonal balansı və orqanizmin enerji səviyyəsi bilavasitə qidalanmaqla əlaqədardır. Buna görə qidalanma onun üçün vacib şərt idi.
Kleopatra pəhriz saxlayarmış:
Sübh yeməyi: bir stəkan qaynadılmış, isti limon şirəsi də əlavə edilmiş su.
Səhər yeməyi: yağsız südlə vələmir yarması və təzə meyvələr və ya 2 bişirilmiş yumurta. Yumurta hər gün olmazdı.
İkinci səhər yeməyi: yoğurt, təzə tərəvəzlərdən salat və ya bir stəkan pomidor şirəsi.
Nahar: təzə tərəvəzlərdən salat, yüngül şorba və yağsız ət və ya balıq, quş əti, dəniz məhsulları.
Günorta yeməyi: təzə meyvələr, qoz-fındıq, günəbaxan tumu.
Şam yeməyi: təzə tərəvəzlərdən salat, yağsız quş və ya balıq əti.
Yatmazdan qabaq: 1-2 istənilən meyvə.
Bundan başqa müntəzəm oruc-pəhriz tutduğu günlərdə Kleopatra yalnız meyvə yeyirdi.