Kral Artur tarixi şəxsiyyətdirmi? - MARAQLI

Kral Artur - V-VI əsrin əfsanəvi ingilis sərkərdəsi, saksları məhv edən fateh, britan eposlarının və çoxsaylı cəngavərlik romanlarının əsas qəhrəmanı.

Arturun tarixdə mövcudluğu haqqında tarixçilər heç bir dəlil tapmayıb. Ancaq çoxları onun tarixi prototip olmasını irəli sürür. Göründüyü kimi, Artur haqqında nağılların hamısı ingilis döyüşçülərinin döyüş ruhunu artırmaq üçün uydurulub. Mifologiya müxtəlif ədəbi mənbələrlə əlaqələnir. Burada Artur VI əsrdə sakslara qalib gəlmiş və İngiltərə, İrlandiya, Norveç və Qalliyadan ibarət imperiya yaratmış çar kimi tərif edilir. Baxmayaraq ki, belə bir insanın mövcud olması ilə bağlı real bir sübüt yoxdur, tarixçilər yenə də bu mövzuda müzakirəni davam etdirirlər. Arturun II əsrdə yaşamış Roma sərkərdəsi Lusi Artori Kastusla eyni adam olmasını güman edənlər də var. Əksəriyyətin Kral Arturun bir uydurma olduğunu etriaf etməsinə baxmayaraq, bu fikrin əksini söyləyənlər də az deyil. Kral Artur və onun cəngavərləri haqqında olan epos ədəbiyyat, kinematoqraf və incəsənətin digər sahələrində əsərlərin yaranmasına əsas verib.

 

Müəllif | Apa.Tv
Apa.tv