Ən sevimli heyvanlar: pandaların nəsli niyə tükənir?

Pandalar. Ayıkimilər fəsiləsinə aid məməli heyvan növüdür. Vətəni mərkəzi Çin hesab olunur. Çinin dağ meşələrində yaşayır. Pandaların boyu 1,2 - 1,5 metr, çəkisi 30-160 kiloqram olur. Digər ayı növlərindən quyruğunun uzunluğu ilə fərqlənir. Pandanın quyruğu 12 santimetrdir. Bədəninin çox hissəsi ağ xəzlə örtülüb. Gözlərinin ətrafı, qulaqları, ayaqları, quyruğunun ucu və bazu nahiyəsi isə qaradır. Ağaclara yaxşı dırmaşır.Panda yırtıcılar dəstəsinə aid olsa da, qida rasionunun çoxunu bitki təşkil edir. Demək olar ki, onlar yalnız bambuk yeyirlər. Bu səbəbdən də ona həm də "Bambuk ayısı" deyirlər. Yetkin panda gün ərzində 30 kiloqram bambuk yeyə bilir. Bambukdan başqa yumurta, cücü və sincabla da qidalanırlar.

Ümumiyyətlə pandalar digər heyvanlardan daha çox ləzzətli yemək həvəskarıdır. Onları gördüyü işdən yayındırmasan, onlar saatlarla bir yerdə oturub gövşəyə bilərlər. Onların sağ qalmaları üçün 12 saat ərzində öz ağırlıqlarının 15 faizi qədər yemələri lazımdır. Bu sevimli heyvanlar ac olanda yatmırlar. Nəslinin kəsilmə təhlükəsi var. Vəhşi təbiətdə 1000, zooparklarda isə 100-ə qədər panda qaldığı bildirilir. 4 fevral günü  nəsli kəsilməkdə olan pandalar üçün Ümumdünya Pandalar Günü kimi qeyd olunur.

Müəllif | Apa.Tv
Apa.tv