Stalinin nahar menyüsü - MARAQLI

SSRİ lideri Stalini inqilabdan sonrakı illərdə ölkənin ərzaq mağazasının vəziyyətinə uyğun olaraq qidalandırırdılar. Ancaq 20-ci illərin ortalarından sonra birinci simalar və onların yaxınlarının qidası müxtəlif çeşiddə və keyfiyyətli idi. Stalin üçün istənilən məqamda  təbii ki, kürünü yaddan çıxartmırdılar. Kommunist tarixçiləri yazırdılar ki, Stalin çox sadə qidalanırdı. Turş kələm şorbasını, kartofu sevirdi. Naharda bişmiş kartof yeməyi sevirdi, ancaq onun nə zaman nahar edəcəyini ona qulluq edənlər bilmirdi. Buna görə də saat 12-də  Stalinin mümkün gəlişi vaxtı sobaya birinci porsiya qoyulurdu. Yarım saatdan sonra onu çıxardıb, ikincini qoyurdular. Və bu, Stalin qulluqçulara nahar etməyə icazə verənə qədər davam edərdi. Deyirlər, hərdən bir nahara Orlov, Tambov və Lipes vilayətlərindən gətirilmiş 2 kisə kartof istifadə olunardı. Stalin üçün nə qədər çox təamlar hazırlansa da, o, təzə balığa üstünlük verərdi, buna görə onun bağındakı zirzəmidə balıqla dolu iki hovuz vardı. Stalinin bağında tez-tez nahar edən baş qərargahın  əməliyyat idarəsinin rəisi general S.M.Ştemenko “Müharibə illərində baş qərargah” kitabında rəhbərin zövqü və səliqəsindən yazmışdı: “Stalinin evində hətta böyük naharda belə qulluqçular olmurdu. Onlar lazımı şeyləri süfrəyə lal-dinməz gətirir və yox olurdular. Stola əvvəlcədən ləvazimatlar, çörək, konyak, araq, quru şərab, ədviyyat, tərəvəz və göbələklər qoyulurdu. Kolbasa, vetçina və digər qəlyanaltılar bir qayda olaraq olmurdu. Gürcü əsilli bolşevik konservləri sevmirdi.

Yaşlaşdığı vaxtda çox yeyərdi. Hətta elə acgözlüklə yeyərdi ki, sanki sevdiyi yeməkdən buna qalmayacağından qorxurdu, ancaq içki sahəsində əksinə, hər damlasını ölçüb-biçib içərdi, elə bil ona zərər vuracağından qorxurdu.

Təsərrüfat və xüsusi mətbəx bölməsində çalışmış, Stalin və onun qonaqları üçün yemək hazırlamış Pavel Rusişvili deyirdi ki, Stalin göyərtini, ev şisini, həkimlərin ona məsləhət gördüyü hind toyuğunun qaraciyərini sevirdi. Onun üçün xüsusi olaraq hind toyuqları bəslənirdi. Şəkər tozu ilə qarışdırılmış qarğıdalı unu yeyən hind toyuqlarının qaraciyəri 10-12 gün ərzində 400-500 qram böyüyürdü. Stalin kababı da sevirdi. Onun kabab istəyi də xüsusi yanaşma tələb edirdi. Əvvəlcə iki həftəlik və ana südündən başqa heç nə ilə qidalanmayan quzu kəsilirdi. Heyvan hökmən Yaroslav və Tul vilayətlərindən, Gürcüstandan və Krımdan olmalı idi. Quzunun hazırlanması həkimin iştirakı ilə baş tuturdu. Çünki, qaraciyərdə adicə zədə ətin tullantı olması demək idi . İçalat, qaraciyər, ürək - bütün bunlar güzgü kimi olmalı idi. Sonra cəmdək bir sutka soyuducuya yerləşdirilir, bundan sonra kababın hazırlanmasına icazə verilirdi.

 

 

Müəllif | Apa.Tv
Apa.tv