Dünyanın memarlıq möcüzələrindən biri olan Stounheç necə tikilib?
Stounhenç - bu yer üst-üstə qoyulmuş, hər biri altı ton olan və iti kəsilmiş mavi daşlardan ibarətdir. Stounhençin tikilmə məqsədi hələ də sirr olaraq qalmaqdadır. Bununla bağlı irəli sürülən fikirlər təəccüb doğurur. Bəziləri iddia edir ki, buz dövrünün sürüşmələrinin nəticəsi və ya texnogen möcüzədir. Bəziləri isə bunun yadplanetlilərin müdaxiləsi və ya şəfaverici bir yer olduğunu iddia edir. Daha çox qəbul edilən nəzəriyyə isə buranın qəbirstanlıq olmasıdır. Bu fikri 2008-ci ildə aparılmış tədqiqatlar zamanı tapılan qalıqların yaşına görə irəli sürüblər. Təxminən 2500 il bundan əvvəl neolit dövründə tikilib. Alimlər hesab edirlər ki, bu abidə günəş şüasının düşmə dərəcəsini ölçür. Güman olunur ki, Stounhenç bir neçə mərhələdə, 1500 ilə inşa edilib. 1986-cı ildə UNESCO tərəfindən “Dünya İrsləri” siyahısına daxil edilən Stounhenç abidəsi Britaniyada Uiltleonun, Amesburi ingilis qraflığının 2 mil qərbində, Solsberinin 8 mil şimalında yerləşir. Dünyada ən məşhur sahələrdən biri olan Stounhenç yerə bərkidilməklə böyük daşlar yığımı quraşdırılmış prospektdən ibarətdir. Abidə bütün yazılan rekordları arxada qoymuş bir mədəniyyət nümunəsidir. Onun inşasında istifadə olunan inşaat texnikası üçün azacıq da olsa dəqiq sübut və ya nəzəriyyə yoxdur. Uzun illər ərzində müxtəlif müəlliflər təklif edib ki, abidənin tikilməsində fövqəltəbii və anaxronik metodlardan istifadə edilib, əks təqdirdə bu daşları adi halda hərəkət etdirmək qeyri-mümkün idi. Buna baxmayaraq, irəliləyiş ayaqları və ya irəliləyiş dayaqları adlanan Neolit texnologiyasından istifadə etmək oxşar ölçülü daşları hərəkət etdirməkdə və yerləşdirməkdə, görünür, effektiv imiş. Tikilinin funksiyası üçün iki nəzəriyyə mövcuddur. Bunlardan birincisi onun astronomik rəsədxana olması, ikincisi isə dini sahə kimi istifadə olunmasıdır. 2012-ci ildə irəli sürülən başqa bir nəzəriyyədə deyilir ki, abidənin tikilməsində məqsəd Britaniyanın müxtəlif xalqlarını birləşdirmək olub. Abidə haqqında edilən araşdırmalar günümüzdə də davam etdirilməkdədir.