Gəncədə kişini bıçaqlayan gənc qadın tutuldu
Gəncədə qadın kişini bıçaqlayıb. Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Orucovu bıçaqlayan şəxs saxlanılıb. Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, məlum olub ki, R. Orucovu, Gəncə şəhər Avtozavod qəsəbəsində yaşayan, 1981-ci il təvəllüdlü Sirinnaz Məmmədova şəxsi münasibətlər zəmində bıçaqlayıb. Ş.Məmmədova saxlanılıb, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Gəncə şəhər sakini Ramin Orucov gecə saatlarında qarının cox saylı kəsilmiş deşilmiş yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.