Hövsan Mədəniyyət Evində bayram tədbiri keçirilib
Novruz bayramı münasibəti ilə Mirzəağa Əliyev adına Hövsan qəsəbə mədəniyyət evində bayram tədbiri keçirilib. APA TV-nin xəbərinə görə, şənlikdə bayramla bağlı səhnəciklər, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının ən gözəl nümunələri nümayiş etdirilib. Rəsm sərgisi bayram tədbirinin iştiakçıları tərəfindən maraqla qarşılanıb.
Qədim el adəti yada salınaraq, yumurta döyüşdürülüb, mədəniyyət evinin bədii özfəaliyyət kollektivi xalq mahnılarını, rəqsləri ifa edib. Xalq tətbiqi sənət nümunələri, əl işlərindən ibarət sərgilər də göstərilib.
Tədbirdə xoruz döyüşdürmə və digər qədim oyunlara da tamaşa edilib. Daha sonra ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri bayram süfrəsi arxasında əyləşərək milli mətbəximizin ləziz təamlarından dadıb. Şənlik konsret proqramı ilə davam edib.