Orta əsr müharibələrinin SİLAHLARI BAKIDA
Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası Azərbaycanda nümayiş olunur. Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələri indi də Bakıya gəlib. Tarixi, qədim və Mərkəzi Avropada 4,5 milyon eksponatdan ibarət muzeydə muzeydə saxlanılan 42 min silah və zirehli geyimin 130-nu Bakıda görmək mümkündür.
APA TV-nin xəbərinə görə, sərgidəki eksponatlar muzeydə hazırlanmış subyektlər deyil, onların hər biri real döyüş zamanı istifadə olunan silahlardır. Hərb sənətinin inkişafında tərəqqi olan otuzillik müharibədə istifadə olunan silahlar nümayiş olunur. Odur ki, sərgini izləyərkən tarixi hadisələri canlandıran proseslərin sanki iştirakçısı olursan.
1514-cü ildə baş vermiş Orşa döyüşü zamanı kirpi formasında mühavizə düzülüşü də olduğu kimi saxlanılıb.
Həmçinin, həmin döyüşdən bəhs edən film də mərkəzdə quraşdırılan monitorda nümayiş olunur.
Diqqət çəkən bölmələrdən biri də Osmanlı dövlətinə aid guşədir. Burda Böyük Türk İmperiyasına aid eksponatları görmək mümkündür.
17-ci əsrə aid eksponatlar sırasında Osmanlı dövlətinə aid qızıl suyuna çəkilmiş dəbilqə, dəmir halqalardan hörülmüş zireh, polad və gümüşdən hazırlanmış medlayon da saxlanılır.
Eksponatlardan Avstriyanın paytaxtının müdafiəsi məqsədilə istifadə edilib. İmperiyada baş verən bir sıra milli hərəkatlarda bu silah və zirehli geyimlərdən istifadə olunub. Geyimlərin formasına diqqət etdikdə cəngavər turnirlərinin olduqca təhlükəli olduğu görünür. Hər dəfə turnirlərdə bir neçə cəngavər həlak olub. XI-XII əsirlərdə ağır silahlı cəngavərlər özlərini zireh və pullu dəmir geyimlərlə qoruyurdular. Ancaq yüngül silahlı cəngavərlər döyüşə metal olmayan silahlarla girərək dəri geyim geyinirdilər. Sərgidə cəngavərlər zirehin altından geyindikləri 1000 halqa olan kətan və ya ipək geyimləri də var. Bu geyimlərin digər hissələri - yenə halqalardan düzəldilmiş əlcək və corab, metal şalvar, önlük və çənəaltı zireh, həmçinin üzü qoruyacaq metal qoruyucu ona əlavə edilirdi. Daha sonra dəbilqə geyinirdilər və metal ayaqqabılarına mahmız birləşdirirdilər. Sonda onlara üstdən dəmir geyim geyindirilirdi.
Bu geyimlər vaxti ilə cəngavərlərin döyüşlərdə və turnirlərdə istifadə etdiyi geyimlərdir. Çəkiisi i 25-35 kiloqramdır.
Bu kolleksiya indiyə qədər Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilib. San-Fransisko, Hyuston, Nyu-York, Vaşinqton və sair şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi sərgini izləmək imkanı əldə edib. Sərgi iyunun 5-dək davam edəcək. Biletləri mərkəzin kassalarından əldə etmək mümkündür.