Zaqatalada 3 ay əvvəl evlənən ƏR-ARVADIN MEYİTİ TAPILIB

Zaqatala rayonunda mənzildən iki meyit tapılıb. APA TV-nin xəbərinə görə, hadisə martın 19-da şəhərin Azərbaycan küçəsində yeni tikilən evdə qeydə alınıb. Həmin ünvanda meyitləri tapılan şəxslərin, rayon sakinləri - 1970-ci il təvəllüdlü Akif Abdusalam oğlu Davudov və onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nigar Heydər qızı İbrahimova olması müəyyənləşib. Onların iki gün əvvəl öldüyü ehtimal olunur.

 

Meyitlərdən biri vanna, digəri isə yataq otağında aşkar edilib. Ər-arvadın ölüm səbəbləri hələlik açıqlanmır. Polisdən həmçinin bildirilib ki, onlar 3 ay əvvəl ailə həyatı qurublarmış. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov