Cənub bölgəsində arı təsərrüfatı nə üçün məhv olur? - REPORTAJ

Yanvar ayının sonlarından hökm sürən qeyri-sabit hava şəraiti respublikanın cənub bölgəsində sitrusçuluqla yanaşı, arıçılığa da ciddi ziyan vurub. Güclü şaxtalar Astarada yüzlərlə arı ailəsinin tələf olmasına gətirib çıxarıb. Fermerlər məhsuldarlığın bu il təxminən 30-40 faiz azalacağını bildirirlər. Arıçı Miriş Əliyev deyib ki, adam var saxladığı xeyli arı ailəsi ölüb. Buna səbəb qarın vaxtsız yağmasıdır. Arıçı bildirdi ki, keçən il 500-600 kiloqram bal götürürdüsə, bu il heç 100-200 kiloqram götürməyə ümidi yoxdur. Zəifləyən arı ailələri arasında isə varroatoz, ishal və gənə kimi xəstəlik və həşəratların yayılma ehtimalı artıb. Bunun qarşısını vaxtında almaqdan ötrü fermerlər profilaktik tədbirlərin aparılmasını zəruri sayır. Arıçı-fermer İlham Hüseynov

onda 60-a yaxın arı ailəsinin olduğunu, onlardan yalnız 18-22-sinə baxa bildiyini deyib. 15-inə isə ümumiyyətlə, artıq arı ailəsi demək olmaz. Sağ qalmış arı ailələrinə gərək yaxşı qulluq edilsin ki, onlar yaşasınlar, sayları artsın. Kənd təsərrüfatı mütəxəssisləri qarşıdakı aylarda  havaların soyuq keçəcəyi təqdirdə qışdan çıxan arı ailələrinin də tələf olması təhlükəsinin qaçılmaz olduğunu hesab edirlər. Onların qənaətinə görə, soyuq hava arıların nəsil artımına mane ola bilər.
Cənub bölgəsində ən böyük arıçılıq təsərrüfatları Astara rayonundadır. Hazırda burada 143 təsərrüfatda 20 mindən çox arı ailəsi bəslənilir. Astaranın əksər dağlıq ərazilərində, xüsusən Siyakü ərazi vahidliyinin tərkibinə daxil olan yaşayış məntəqələrində arıçılıq əhalinin əsas məşğuliyyətini və təsərrüfatın aparıcı sahələrindən birini təşkil edir.

Müəllif | Apa.Tv